Yenilik.Az
www.Yenilik.Az » Dünya » Rusiyadan ŞOK XƏBƏRDARLIQ: Ballistik raketlərimiz Londona 13, Berlinə 8 dəqiqəyə ÇATACAQ

Rusiyadan ŞOK XƏBƏRDARLIQ: Ballistik raketlərimiz Londona 13, Berlinə 8 dəqiqəyə ÇATACAQ

Rusiyadan ŞOK XƏBƏRDARLIQ: Ballistik raketlərimiz Londona 13, Berlinə 8 dəqiqəyə ÇATACAQ
2024-11-22 , 21:43

Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Aleksey Çepa Almaniya kansleri Olaf Şoltsun Rusiyanın orta mənzilli “Oreşnik” raketlərindən istifadəsi ilə bağlı "dəhşətli eskalasiya" barədə açıqlamasını şərh edib.


Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, o, Şoltsun Moskvanın hərbi potensialını düzgün qiymətləndirdiyini bildirib.

Çepanın sözlərinə görə, Şolts münaqişənin nə qədər təhlükəli olduğunu başa düşüb və bundan düzgün nəticə çıxarıb:

"Əgər bu raket Londona 13 dəqiqəyə çata bilirsə, Berlinə 8 dəqiqəyə çatması mümkündür. Onlar bunu çox yaxşı anlamalıdırlar. Şolts və digər siyasətçilər düzgün nəticələr çıxarmalıdırlar. Onların planlaşdırdığı istənilən hərəkət qəbuledilməzdir", - deyə Çepa qeyd edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.