Yenilik.Az
www.Yenilik.Az » Dünya » Paşinyan həyat yoldaşının qohumunu mer vəzifəsinə gətirir

Paşinyan həyat yoldaşının qohumunu mer vəzifəsinə gətirir

Paşinyan həyat yoldaşının qohumunu mer vəzifəsinə gətirir
2024-12-02 , 12:53

Ermənistanda Gümrü şəhərinin meri vəzifəsinə hakim partiya tərəfindən namizədlər irəli sürülür.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı maraqlı məqamlar ortaya çıxıb.
Məlum olub ki, Gümrü merinin keçmiş müavini Vahan Mkrtçyan həmin namizədlər arasındadır.
Qeyd edək ki, Mkrtçyan Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın xalası nəvəsidir.
Xatırladaq ki, Paşinyan dekabrın 8, 9 və 10-da Gümrüdə ilkin seçkilərin keçiriləcəyini bəyan edib. Gümrü sakinləri hakim “Vətəndaş sazişi” partiyasının namizədləri arasında mer vəzifəsini icra edəcək şəxsləri “seçəcəklər”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.