Yenilik.Az
www.Yenilik.Az » Dünya » Flydubai də Rusiyaya uçuşları dayandırdı

Flydubai də Rusiyaya uçuşları dayandırdı

Flydubai də Rusiyaya uçuşları dayandırdı
2024-12-27 , 23:18

Birləşmiş Ərəb Əmirliyinə məxsus aşağı büdcəli Flydubai aviaşirkəti Dubaydan Soçi və Mineralnıye Vodıya uçuşlarını müvafiq olaraq ləğv edib.

Musavat.com şirkətin yaydığı açıqlamaya istinadən xəbər verir ki, uçuşlar yanvarın 2 və 3-nə qədər “əməliyyat səbəbi ilə” ləğv edilib.
Məlumata əsasən Flydubai-nin Dubay Beynəlxalq Hava Limanından (DXB) Mineralnıye Vodı Hava Limanına (MRV) reysləri 27 dekabr 2024-cü il tarixindən 3 yanvar 2025-ci il tarixinədək, Soçi Hava Limanına (AER) uçuşlar 28 dekabr 2024-cü il tarixindən 2 yanvar 2025-ci il daxil olmaqla ləğv olunub.
Flydubai sərnişinlərə ləğv edilmiş reyslərin yenidən bron edilməsi və ya pulun qaytarılması variantları ilə bağlı məlumat almaq üçün aviaşirkətin əlaqə mərkəzinə və ya müvafiq turizm agentinə müraciət etməyi tövsiyə edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.