Yenilik.Az
www.Yenilik.Az » Dünya » Putin: "Bizə özgənin heç nəyi lazım deyil"

Putin: "Bizə özgənin heç nəyi lazım deyil"

Putin:
2025-03-07 , 15:09

"Rusiyaya Ukraynada sülhün elə bir variantı lazımdır ki, o, ölkənin əmin-amanlığını təmin etsin".

 
Bunu Rusiya Prezidenti Vladimir Putin "Zaşitniki Oteçestva" fondunun əməkdaşları ilə görüşdə deyib.
 
"Biz özümüz üçün sülhün elə bir variantını seçməliyik ki, o, bizi qane etsin və ölkəmizin uzunmüddətli tarixi perspektivində əmin-amanlığını təmin etsin. Bizə özgənin heç nəyi lazım deyil, amma biz də özümüzə məxsus olanı verməyəcəyik" , - deyə Rusiya dövlət başçısı qeyd edib.
 
O əlavə edib ki, Ukraynadakı münaqişənin nizamlanması Rusiyanın təhlükəsiz şəraitdə sabit inkişafını təmin etməlidir.
 
Oxu.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.