Yenilik.Az
www.Yenilik.Az » Dünya » İlon Mask ABŞ kəşfiyyatını çökdürmək istəyir

İlon Mask ABŞ kəşfiyyatını çökdürmək istəyir

İlon Mask ABŞ kəşfiyyatını çökdürmək istəyir
2025-03-14 , 18:42

ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) təşəbbüsü çərçivəsində ixtisara məruz qalacaq növbəti dövlət orqanı ola bilər.

Bu barədə "NBC News" məlumat yayıb.
Kanalın qeyd etdiyi kimi, keçən həftə DOGE-yə nəzarət edən İlon Mask X şəbəkəsində "NSA-nın əsaslı təmirə ehtiyacı var" cümləsini yazıb və çərşənbə günü xəbərdarlıq etmədən agentliyə baş çəkib, onun rəhbəri ilə görüşüb. Kanal kəşfiyyat orqanının Maskın növbəti qurbanı ola biləcəyini irəli sürüb.
Mütəxəssislər NSA-nı kəşfiyyat məlumatlarının toplanması üçün ən qiymətli vasitələrdən biri adlandırırlar. Agentlik telefon dinləmə əməliyyatları və kibertəhlükəsizlik məsələlərinə cavabdehdir.
Telekanalın mənbəsinin bildirdiyinə görə, bəzi kəşfiyyat orqanlarına müdafiə naziri Pit Heqset tərəfindən mülki şəxsi heyətin 5-8% ixtisar edilməsi tapşırığını yerinə yetirmək tapşırılıb. Qeyd olunur ki, NSA işçilərə erkən təqaüdə çıxmağı təklif etmək imkanını nəzərdən keçirir. Mərkəzi Kəşfiyyat İdarəsində isə artıq ixtisarlara başlanılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.