Erməni politoloq Minsk Qrupunun ləğvini tələb edir: “Bizə problem yaradır”

“ATƏT-in Minsk Qrupu Azərbaycanın Qarabağ ermənilərinin hüquqları məsələsini ərazi mübahisəsinə çevirə bildiyi bədnam strukturdur”.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət bu gün də Qarabağ məsələsinə ərazi mübahisəsi çərçivəsində baxır. “Bu da özlüyündə Ermənistanı həssas vəziyyətdə qoyur. Çünki ərazi mübahisəsi mövzusu yekunda Ermənistanın işğalçı status almasına səbəb ola bilər”.
Qevondyan deyib ki, nə qədər ki, ATƏT-in Minsk Qrupu mövcuddur, bu məsələ beynəlxalq hüquq səviyyəsində münaqişə kimi qiymətləndirilməkdə davam edəcək. “Bu, bizim üçün hüquqi problem yaradır. ATƏT-in Minsk Qrupunun buraxılması bu problemdən çıxmaq üçün bir fürsətdir və bunun müqabilində sülh sazişi əldə etsək, o zaman bu fürsətdən istifadə etməliyik”.
OXŞAR XƏBƏRLƏR