Yenilik.Az
www.Yenilik.Az » Dünya » İlon Mask DOGE-dən geri çəkilir – Tramp dönəminin sonuna qədər mübarizə vəd etdi

İlon Mask DOGE-dən geri çəkilir – Tramp dönəminin sonuna qədər mübarizə vəd etdi

İlon Mask DOGE-dən geri çəkilir – Tramp dönəminin sonuna qədər mübarizə vəd etdi
2025-04-23 , 18:10

Məşhur milyarder və texnologiya nəhəngi İlon Mask Dogecoin (DOGE) layihəsindəki fəaliyyətini məhdudlaşdıracağını açıqlayıb.


CNN-in məlumatına görə, İlon Mask gələn aydan etibarən DOGE layihəsindəki iş vaxtını həftədə bir-iki günə endirəcəyini bəyan edib. O, əsas diqqətini özünə məxsus olan şirkətlərin idarə olunmasına yönəldəcək.
Mask eyni zamanda qeyd edib ki, Trampın prezidentlik dövrünün sonuna qədər DOGE departamentində fəaliyyətini davam etdirəcək. Onun sözlərinə görə, bu qərarın məqsədi “israfçılığı və fırıldaqları” azaltmaqdır.
Bu açıqlama Tesla-nın 2025-ci ilin birinci rübündə cəmi 409 milyon dollar xalis gəlir əldə etməsi fonunda səslənib. Qeyd edək ki, bu rəqəm ötən ilin eyni dövründə 1,39 milyard dollar idi. Ekspertlər Maskın diqqətini əsas şirkətlərə yönəltməsini bu maliyyə geriləməsi ilə əlaqələndirirlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.