Yenilik.Az
www.Yenilik.Az » Dünya » Arvad iş tapmayan ərini DOĞRADI

Arvad iş tapmayan ərini DOĞRADI

Arvad iş tapmayan ərini DOĞRADI
2025-05-16 , 18:35

Rusiyanın Yaroslavl vilayətində arvad ərini öldürüb.

 
Hadisə Mışkinski rayonunda baş verib. Qadın ərinə 36 bıçaq zərbəsi vurub. Cütlük iki il əvvəl evlənib.
 
Məlumata görə, 35 yaşlı Sveta sabit iş tapa bilməyən 30 yaşlı əri ilə daim mübahisə edirmiş. Hadisə günü onların evindən qışqırıq səsləri eşidilib. Qonşular polisə zəng edərək evdə bir nəfərin döyüldüyünü bildiriblər. Bir neçə saatdan sonra kişi həyat yoldaşının hücumuna məruz qalaraq dünyasını dəyişib.
 
Mübahisə zamanı Sveta bıçağı götürərək ərini dayanmadan, xaotik şəkildə ürəyi, mədəsi və qollarından bıçaqlayıb. Kişi huşunu itirsə də, qadın dayanmayıb. Gələn həkimlər yalnız ölümü təsdiqləyiblər. Qatil qadın həbs edilib./Lent.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.