Yenilik.Az
www.Yenilik.Az » Dünya » İsrail ordusu səfərbərliyə başladı

İsrail ordusu səfərbərliyə başladı

İsrail ordusu səfərbərliyə başladı
2025-06-14 , 14:08

İsrail Müdafiə Ordusu (CAXAL) İranın pilotsuz uçuş aparatları ilə bağlı təhdidlərin artması fonunda ölkənin şimal sərhədlərinin müdafiəsini gücləndirmək məqsədilə genişmiqyaslı ehtiyat qüvvələrin səfərbərliyinə başlayıb.

Yenilik.az xəbər verir ki, İsrailin nüfuzlu “Times of Israel” nəşrinin yaydığı məlumata görə, CAXAL 146-cı ehtiyat diviziyasının qərargahını, eləcə də “Dəmir Yumruq” və “Etsioni” adlı ehtiyat briqadaları şimal sərhədlərində xidmət üçün çağırıb. Bu briqadalar “müxtəlif ssenarilərə hazır olmaq” məqsədilə əraziyə yerləşdirilib.
Bundan əlavə, bir neçə digər ehtiyat batalyon da Livan və Suriya ilə sərhəddə mövqelərini alıb. Müdafiə qüvvələrinin bu addımı mümkün hibrid hücumlara, raket və PUA təhdidlərinə qarşı qabaqlayıcı tədbir kimi qiymətləndirilir.
İsrail ordusu son günlərdə həm İranın raket zərbələri, həm də Livandan və Suriyadan gələ biləcək təhlükələrə qarşı təhlükəsizlik tədbirlərini maksimum səviyyəyə qaldırıb.
Musavat.com

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.