Yenilik.Az
www.Yenilik.Az » Dünya » 25 milyon dollarlıq ABŞ raketi İrana DÜŞDÜ - FOTO

25 milyon dollarlıq ABŞ raketi İrana DÜŞDÜ - FOTO

25 milyon dollarlıq ABŞ raketi İrana DÜŞDÜ - FOTO
2025-06-14 , 14:27

ABŞ-a məxsus “Standard” tipli zenit raketinin İran ərazisinə düşdüyü bildirilib.

Musavat.com xəbər verir ki, SEPAH-ın rəsmi telegram kanalı bununla bağlı fotoşəkil yayıb.
Məlumata görə, raket Şərqi Aralıq dənizində yerləşən ABŞ hərbi gəmilərindən İsrailin müdafiəsi məqsədilə buraxılıb və 1200 kilometrdən çox məsafə qət etdikdən sonra İran ərazisinə düşüb.
Qeyd olunur ki, bu, ABŞ və İsrail arasında birbaşa hərbi əməkdaşlığın bariz nümunəsi kimi qiymətləndirilir. 
İran mənbələrinin yaydığı məlumata görə, raket bütöv şəkildə aşkarlanaraq götürülüb. Hazırda İranlı hərbi mütəxəssislər raketdə olan texnologiyaları araşdırırlar. Mütəxəssislər bu hadisənin Tehrana strateji üstünlük qazandıra biləcəyini istisna etmirlər.
Məlumatda raketin qiymətinin 25-40 milyon dollar arasında dəyişdiyi bildirilir. ABŞ arsenalında bu tipli cəmi 200-dən az raket olduğu qeyd olunur.
İranlı mütəxəssislər bildirirlər ki, bu qədər yüksək maliyyətli bir raket uzun məsafə qət edərək hədəfə çata bilməyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.