Yenilik.Az
www.Yenilik.Az » Dünya » ABŞ-nin onlarla təyyarəsi Şərqə doğru yola düşüb

ABŞ-nin onlarla təyyarəsi Şərqə doğru yola düşüb

ABŞ-nin onlarla təyyarəsi Şərqə doğru yola düşüb
2025-06-16 , 12:49

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus onlarla "KC-135 Stratotanker" tipli yanacaqdoldurma təyyarəsi ölkə daxilindəki bazalarını tərk edərək Atlantik okeanı üzərindən Şərq istiqamətində hərəkətə başlayıb.

Bu barədə məlumatlar "Flightradar24" və digər aviasiya izləmə platformalarının qeydlərinə əsaslanır.
16-27 iyun tarixlərində Finlandiyada NATO-nun "Atlantic Trident 25" adlı hava qüvvələri təlimləri keçiriləcək. Finlandiya Hərbi Hava Qüvvələrinin yaydığı rəsmi açıqlamaya görə, təlimlərə məhz bu tip yanacaq təyyarələri də cəlb olunacaq.
Lakin hərbi təyyarələrin hərəkətini izləyən bəzi monitorinq kanallarının administratorları bu təyyarələrin İran-İsrail münaqişəsində də istifadə oluna biləcəyini ehtimal edirlər.











Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.