Yenilik.Az
www.Yenilik.Az » Dünya » Trampdan İrana son XƏBƏRDARLIQ – “Bunu etməyəcəm”

Trampdan İrana son XƏBƏRDARLIQ – “Bunu etməyəcəm”

Trampdan İrana son XƏBƏRDARLIQ – “Bunu etməyəcəm”
2025-06-18 , 20:15

ABŞ və İran arasında danışıqların müddəti hələ bitməyib və Tehran Vaşinqtonla təmasdadır.

Tribunainfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Trampın sözlərinə görə, iranlılar amerikalılarla əlaqə yaradır: “Onlar hətta danışıqlar üçün Ağ Evə gəlməyi təklif etdilər”.
Eyni zamanda, Tramp İranla danışıqların dəqiq nə vaxt bərpa oluna biləcəyini açıqlamayıb:
“Bunun (İsrail-İran müharibəsi – red.) daha nə qədər davam edəcəyini bilmirəm. Onlar tamamilə müdafiəsizdirlər. İranlıların hava hücumundan müdafiəsi tamamilə yoxdur. Biz İran üzərində hava məkanına tam nəzarət edirik”.
O, ABŞ-ın İrana zərbə endirib-endirməyəcəyi barədə danışmaqdan imtina edib:
“Ola bilər ki, mən bunu etməyəcəm. Yəni, nə edəcəyimi heç kim bilmir. Sizə bunu deyə bilərəm: İran böyük problem içərisindədir və onlar danışıqlar aparmaq istəyirlər”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.