Yenilik.Az
www.Yenilik.Az » Dünya » “Rosatom”un işçiləri İranı tərk etdi

“Rosatom”un işçiləri İranı tərk etdi

“Rosatom”un işçiləri İranı tərk etdi
2025-06-19 , 13:43

Bəzi rusiyalı işçilər İrandakı Buşəhr AES-dən təxliyə edilib və vəziyyət tam təxliyəyə cəmi bir neçə addım qalıb.

Bunu "Rosatom"un baş direktoru Aleksey Lixaçov bildirib.
Onun sözlərinə görə, Buşehr AES-ə vurulan zərbə Çernobılla müqayisə edilən fəlakət ola bilər:
"Buşəhrə ezamiyyətdə olan insanların bəziləri artıq təxliyə olunub - həm Azərbaycan, həm də Ermənistan sayəsində. Onlarla yoldaşımız İranı tərk edib. Hələlik işçilərimizi Buşehrdə buraxmağı mümkün hesab edirik - biz hər saat vəziyyətə nəzarət edirik və saatlarımızı sinxronlaşdırırıq".
Lixaçov qeyd edib ki, fövqəladə vəziyyət elan etmək və işçilərin təxliyəsinə başlamaq üçün sözün əsl mənasında bir neçə addım qalıb: "Biz hamını - ilk növbədə qadınları və uşaqları təxliyə edəcəyik".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.