İsrail səfiri Rusiyanı ələ saldı: “Bizim üç günə etdiyimizi Rusiya 3 ilə edə bilməyib”

İsrailin ABŞ-dakı səfiri Yechiel Leiter ölkəsinin İrana qarşı hücumlarında əldə etdiyi nailiyyətləri vurğulayaraq, İsrail-İran müharibəsini Rusiyanın Ukraynaya təcavüzü ilə müqayisə edib. Tribunainfo.az xəbər verir ki, o, Moskvanı ələ salmaqdan çəkinməyib.
Coğrafi və demoqrafik fərqlərə toxunan Leiter İranın ərazi və əhali baxımından İsraildən, Rusiyanın isə Ukraynadan böyük olduğunu vurğulayıb. O, həmçinin İsrailin Amerika qırıcılarından istifadədəki performansını yüksək qiymətləndirərək əlavə edib: “İsrail Hərbi Hava Qüvvələri İsrail pilotlarının Amerika F-35 qırıcıları ilə birləşməsinin uğurlu birləşmə olduğunu göstərdi”.
OXŞAR XƏBƏRLƏR