Yenilik.Az
www.Yenilik.Az » Dünya » İsrail ordusu İranda onlarla hərbi hədəfə hücum edildiyini açıqlayıb

İsrail ordusu İranda onlarla hərbi hədəfə hücum edildiyini açıqlayıb

İsrail ordusu İranda onlarla hərbi hədəfə hücum edildiyini açıqlayıb
2025-06-19 , 14:15

İsrail Hərbi Hava Qüvvələri gecə ərzində Ərakdakı hazırda işlək olmayan nüvə reaktoruna və Natanzdakı nüvə obyektinə hücum edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda həmçinin qeyd olunur ki, İsrail qırıcıları İran ərazisində ballistik raketlər üçün xammal və müxtəlif komponentlər istehsal edən fabriklər də daxil olmaqla, onlarla obyekt vurulub.
Bildirilir ki, hücum plutonium istehsalında əsas komponent olduğu deyilən reaktor nüvəsinin bərkitmə konstruksiyasını hədəf alıb.
İranın Atom Enerjisi Təşkilatı İsrailin Ərak nüvə obyektini vurduğunu təsdiqləyib.

İsrail ordusuna məxsus 40 qırıcı İranda onlarla hərbi obyektə hücum edərək 100-dən çox raket atıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.