Yenilik.Az
www.Yenilik.Az » Dünya » Putin İranı açıq şəkildə dəstəklədi - VİDEO

Putin İranı açıq şəkildə dəstəklədi - VİDEO

Putin İranı açıq şəkildə dəstəklədi - VİDEO
2025-06-19 , 14:31

Rusiya Prezidenti Vladimir Putin bölgədə gərginliyin artdığı bir vaxtda İranı açıq şəkildə dəstəkləyib.

Musavat.com xəbər verir ki, bu, Yaxın Şərqdə müharibə başladıqdan bəri onun Tehrana yönəlik ilk açıq mövqeyi kimi qiymətləndirilir.

Putin çıxışı zamanı İranın suverenliyinə hörmət edilməsinin vacibliyini vurğulayıb və Tehranın "təcavüzə qarşı öz təhlükəsizliyini qorumaq hüququ"nu müdafiə edib.

“Biz görürük ki, İranda cəmiyyət ölkənin siyasi rəhbərliyi ətrafında möhkəmlənir”, - Rusiya prezidenti bildirib.

Putin əlavə edib ki, İranda yeraltı zavodlar var və onlara heç nə olmayıb. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.