İran rejimində çat: Köhnə məmurlar yeni hərəkat yaradır

SEPAH-ın maliyyə ilə yayınlanan “Tasnim” Agentliyi İranda köhnə məmurların yeni hərəkat yaratması barədə xəbər yayıb.
Həmin hərəkatın əsas məqsədinin İranın İsraillə danışıqlara başlaması, müharibənin dayandırmaq və İsrailin bəzi tələbləri ilə razılaşmaya getməsindən ibarət olduğu qeyd edilir. Bildirilir ki, hərəkatı yaradanlar bu prosesdə Qumdakı nüfuzlu ayətullahların da imkanlarından istifadə etməyə hazırlaşırlar. “Bir neçə şübhəli və nüfuzu olmayan ünsür İranın İsrailə təslim olmasına çalışır və güzəştə getməsini istəyir. Bunun üçün Qumdakı nüfuzlu alimləri vasitəçi salımaq fikrindədirlər. Onlar keçmiş ölkə rəsmilərindən birini bu hərəkatın lideri kimi irəli sürməyi planlaşdırırlar. Lakin həmin məmur hələlik onlara cavab verməyib”.
OXŞAR XƏBƏRLƏR