Ərdoğan və Paşinyan bu gün İstanbulda görüşəcək – Dolmabaxça ofisində danışıqlar gözlənilir

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Türkiyəyə rəsmi səfər edib. O, İstanbul hava limanında Türkiyə tərəfindən fəxri qarovul və yüksək səviyyəli protokolla qarşılanıb. Paşinyan Ermənistan dövlətinə məxsus xüsusi təyyarə ilə Türkiyəyə gəlib.
Ermənistan hökumət nümayəndə heyəti ilə birgə səfər edən Paşinyanın Türkiyə ilə münasibətlərin normallaşdırılması, regional kommunikasiyaların açılması, iqtisadi əməkdaşlıq və sərhədlərin tam bərpası kimi məsələləri gündəmə gətirəcəyi gözlənilir. Tərəflərin həmçinin Ermənistan-Azərbaycan normallaşma prosesi və Cənubi Qafqazda davamlı sülh imkanlarını müzakirə etməsi istisna edilmir.
Qeyd edək ki, bu, Paşinyanın Türkiyəyə etdiyi sayca ilk rəsmi dövlət səfəridir və ikitərəfli münasibətlər baxımından mühüm əhəmiyyət daşıyır.
Musavat.com
OXŞAR XƏBƏRLƏR