Yenilik.Az
www.Yenilik.Az » Dünya » Ramzan Kadırov yeriyə bilmir - VİDEO

Ramzan Kadırov yeriyə bilmir - VİDEO

Ramzan Kadırov yeriyə bilmir - VİDEO
2025-09-02 , 15:14

Ramzan Kadırov uzun fasilədən sonra sentyabrın 1-də yeni dərs ili ilə əlaqədar tədbirdə ictimaiyyət qarşısında görünüb.

“Telegram” kanallarında yayılan videolarda onun çətinliklə addım atdığı görünür. Sözügedən videolar müzakirələrə səbəb olub. Bildirilib ki, o, bir neçə addım atmağı belə bacarmır:

"Ayaqda durmaq da ona çox çətin idi. Daim köməyə ehtiyac duyurdu.”

Qeyd edək ki, son aylarda Ramzan Kadırovun səhhəti ilə bağlı iddialar yayılıb. Onun ictimai tədbirlərdə nadir görünməsi, görünüşündəki dəyişikliklər və rəsmilərlə birbaşa təmaslarda olmaması bu iddiaları gücləndirib.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.