Yenilik.Az
www.Yenilik.Az » Dünya » Meyvəni çox yeyən ayı özünü pis hiss etdi: MRT-yə salındı - VİDEO

Meyvəni çox yeyən ayı özünü pis hiss etdi: MRT-yə salındı - VİDEO

Meyvəni çox yeyən ayı özünü pis hiss etdi: MRT-yə salındı - VİDEO
2025-09-02 , 15:42

Çekmeköydə yerləşən xüsusi bir Heyvan Reabilitasiya Mərkəzində saxlanılan 3 yaşlı "Okan" adlı ayı, çoxlu miqdarda soyuq meyvə yediyi üçün narahatlanıb.

Medianews.az xəbər verir ki, ayı İstanbul Universiteti-Cerrahpaşa Baytarlıq Fakültəsinin Tədqiqat və Tətbiqetmə Heyvan Xəstəxanasına aparılıb.
Baytar həkimlər tərəfindən anesteziya altında MRT müayinəsi aparılıb. Müayinələrdə ciddi bir problem aşkarlanmayıb – ayının birdən-birə çox miqdarda soyuq meyvə yeməsi, qarnının ağrımasına səbəb olub. Həkimlər vəziyyətin ciddi olmadığını bildiriblər.
Müalicədən sonra vəziyyəti stabilləşən ayı yenidən mərkəzə qaytarılıb.
Baytar həkim Dr. Ebu Derda Günay:
"Okan ilə 3 il əvvəl tanış olmuşuq. O zaman zəhərlənmə şübhəsi ilə gətirilmişdi. O gündən bu yana izləyirik. İndi isə yenidən meyvəni çox yediyi üçün qarnı ağrıyıb. Artıq 3 yaşındadır və çəkisi 200-300 kiloqram arasında dəyişir. Gördüyümüz kimi, meyvəyə qarşı həssaslığı davam edir. Hazırda vəziyyəti yaxşıdır, amma biz onu izləməyə davam edəcəyik."







Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.