Yenilik.Az
www.Yenilik.Az » Dünya » Putin Şahbaz Şəriflə görüşüb

Putin Şahbaz Şəriflə görüşüb

Putin Şahbaz Şəriflə görüşüb
2025-09-02 , 15:49

Rusiya prezidenti Vladimir Putin Çində Pakistanın baş naziri Şahbaz Şəriflə görüşüb.

 
Görüşdə Putin ölkəsinin Rusiya ilə Pakistan arasında inkişaf etmiş münasibətləri yüksək qiymətləndirdiyini söyləyib.
 
Putin Pakistanın Rusiyanın Asiyada ənənəvi tərəfdaşı olduğunu və belə qaldığını qeyd edib.
 
Şahbaz Şərif isə bildirib ki, Pakistan Rusiya və Hindistan arasında möhkəm münasibətlərə hörmət edir və oxşar qarşılıqlı əlaqələr qurmaq istəyir. O, həmçinin bildirib ki, payızda ŞƏT tədbirlərində iştirak etmək üçün Rusiyaya səfər etməkdən məmnun olacaq./APA

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.