Yenilik.Az
www.Yenilik.Az » Dünya » İlk dəfə səfərə qızı ilə getdi - Foto

İlk dəfə səfərə qızı ilə getdi - Foto

İlk dəfə səfərə qızı ilə getdi - Foto
2025-09-03 , 11:59

Xəbər verdiyimiz kimi, Şimali Koreya lideri Kim Çen In Çinə səfər edib.

“Qafqazinfo” “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Kim Çen In bu dəfə səfərə qızı Kim Ju-ae ilə yollanıb.
Qeyd olunur ki, bundan əvvəl Çinə üç səfəri zamanı Şimali Koreya liderini həyat yoldaşı Ri Sol Ju müşayiət edib, lakin ilk dəfə qızı onunla gedib.
“Kim Ju-aenin Pekinə səfəri beynəlxalq ictimaiyyətin gözündə onun statusunu təsdiqləmək məqsədi daşıya bilər” - məlumatda qeyd olunur.
Onu da qeyd edək ki, bu, Şimali Koreya liderinin belə bir çoxtərəfli diplomatik tədbirdə ilk iştirakıdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.