Yenilik.Az
www.Yenilik.Az » Dünya » Alimlər açıqladı: Ağrıya ən dözümlü qan qrupu bəlli oldu  

Alimlər açıqladı: Ağrıya ən dözümlü qan qrupu bəlli oldu
 

Alimlər açıqladı: Ağrıya ən dözümlü qan qrupu bəlli oldu
 
2025-09-09 , 12:31

Son aparılan elmi araşdırmalar göstərib ki, qan qrupları yalnız immunitet, xəstəlik riski və orqan köçürməsində uyğunluqla deyil, həm də ağrıya dözümlülüklə əlaqəlidir.


Pravda.az bildirir ki, mütəxəssislərin genetik testlərinə əsasən, “0” qan qrupuna sahib şəxslərin ağrıya qarşı dözümlülük səviyyəsi digər qan qruplarına nisbətən daha yüksəkdir. Bu fərqin sinir sisteminin ağrı siqnallarını emal etməsi və qan laxtalanma xüsusiyyətləri ilə bağlı ola biləcəyi vurğulanır.

Araşdırmalarda “0” qan qrupu iştirakçılarının ağrı testlərini daha uzun müddət dözərək tamamladığı, lakin bu vəziyyətin xəstəliklərin gec aşkarlanmasına səbəb ola biləcəyi bildirilib. Çünki ağrı, bədənin xəbərdarlıq siqnalı kimi çıxış edir.

Mütəxəssislər nəticələrin maraqlı olduğunu desələr də, dəqiq qərara gəlmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu qeyd edirlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.