Yenilik.Az
www.Yenilik.Az » Dünya » Donuz böyrəyi köçürülmüş amerikalı rekorda imza atdı

Donuz böyrəyi köçürülmüş amerikalı rekorda imza atdı

Donuz böyrəyi köçürülmüş amerikalı rekorda imza atdı
2025-09-09 , 12:55

67 yaşlı amerikalı Tim Endryus ona geni dəyişdirilmiş donuzdan böyrək köçürüldükdən sonra altı aydan çoxdur ki, yaşayır.

Oxu.Az bu barədə "Nature" jurnalına istinadla xəbər verir.
Bu, donuz orqanının canlı insana köçürülməsindən sonra sağ qalma rekordudur.
Endryus terminal böyrək çatışmazlığından əziyyət çəkirdi və yanvar ayında baş verən əməliyyatdan əvvəl iki ildən çox dializdə olub. O, əməliyyatdan bəri dializə ehtiyac duymur.
Əvvəllər rekord geni dəyişdirilmiş donuzdan böyrək köçürüldükdən sonra dörd ay doqquz gün yaşayan 53 yaşlı amerikalı Tovana Luniyə məxsus olub.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.