Yenilik.Az
www.Yenilik.Az » Dünya » Polşa Rusiya dronlarını vurdu

Polşa Rusiya dronlarını vurdu

Polşa Rusiya dronlarını vurdu
2025-09-10 , 11:20

Rusiyanın Ukraynaya hücumu zamanı Polşanın hava məkanı dronlar tərəfindən dəfələrlə pozulub.

Lent.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinim Əməliyyat Komandanlığından bildirilib.
"Bu, vətəndaşlarımızın təhlükəsizliyinə real təhlükə yaradan təcavüz aktıdır", - bəyanatda deyilir.
O da bildirilib ki, təhlükə yaradan dronların zərərsizləşdirilməsi barədə qərar qəbul edilib, bəziləri vurulub.
Qeyd edək ki, səhər saat 5:40-da Çosnovkada polis zədələnmiş pilotsuz uçan aparatının aşkar edildiyini təsdiqləyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.