Yenilik.Az
www.Yenilik.Az » Dünya » Rusiyalı diplomat Polşa XİN-ə çağırıldı

Rusiyalı diplomat Polşa XİN-ə çağırıldı

Rusiyalı diplomat Polşa XİN-ə çağırıldı
2025-09-10 , 13:33

Rusiyanın Polşadakı Səfirliyinin müvəqqəti işlər vəkili Andrey Ordaş Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə “RİA Novosti”yə bildirib.
Ordaşın sözlərinə görə, o, Polşaya dron hücumu ilə bağlı bəyanatlar fonunda XİN-ə çağırılıb.
Xatırladaq ki, Polşada hava məkanının pilotsuz uçuş aparatları ilə pozulması faktı qeydə alınıb. Polşa ordusu isə ölkənin hava məkanını pozan bir neçə PUA-nın vurulduğunu açıqlayıb. Vurulan PUA-lardan birinin qalıqları Belarusla sərhədin yaxınlığında tapılıb. Polşanın hava məkanına naməlum obyektlərin daxil olması səbəbilə Varşava və Rzeşov şəhərlərində hava limanları bağlanıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.