Yenilik.Az
www.Yenilik.Az » Dünya » Trampdan İsrailə - Xəbərdarlıq

Trampdan İsrailə - Xəbərdarlıq

Trampdan İsrailə - Xəbərdarlıq
2025-09-15 , 14:18

ABŞ Prezidenti Donald Tramp Qətərə endirilən zərbələrlə bağlı İsrailə xəbərdarlıq edib.

“Qafqazinfo” “France-Presse” agentliyinə istinadən xəbər verir ki, ABŞ lideri bu barədə jurnalistlərə açıqlamasında danışıb. 
Qətərin ABŞ-nin yaxşı tərəfdaşı olduğunu bildirən Tramp İsraili ehtiyatlı davranmağa çağırıb: 
“İsrail və digərləri, biz ehtiyatlı olmalıyıq. İnsanlara hücum etdikdə, ehtiyatlı davranmalıyıq”.
Xatırladaq ki, sentyabrın 9-da İsrail Qətərin paytaxtı Dohaya zərbə endirib. Hücumun hədəfi HƏMAS hərəkatının Dohada olan nümayəndələri olub. Nəticədə hərəkatın 5 üzvü, eləcə də Qətərin təhlükəsizlik qüvvələrinin bir əməkdaşı ölüb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.