Yenilik.Az
www.Yenilik.Az » Dünya » Ukrayna payızda İsraildən iki "Patriot" sistemi alacaq

Ukrayna payızda İsraildən iki "Patriot" sistemi alacaq

Ukrayna payızda İsraildən iki
2025-09-28 , 12:32

Ukrayna payız aylarında İsraildən iki "Patriot" hava hücumundan müdafiə sistemi alacaq.

Bunu jurnalistlərə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"İsrail istehsalı HHM sistemi Ukraynada bir aydır fəaliyyət göstərir. Biz payızda daha iki "Patriot" HHM sistemi alacağıq", - Zelenski brifinqdə jurnalistlərə bildirib.

Zelenski həmçinin Kiyevin Vaşinqtondan 90 milyard dollar dəyərində silah almasına dair ABŞ ilə mövcud razılaşmaya əlavə olaraq, ayrı-ayrı silah növləri, o cümlədən uzaqmənzilli silahlar üçün ayrıca saziş bağlamağa hazır olduğunu bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.