Yenilik.Az
www.Yenilik.Az » Dünya » Peskov: Putin Makronla dialoqa hazırdır

Peskov: Putin Makronla dialoqa hazırdır

Peskov: Putin Makronla dialoqa hazırdır
2025-12-21 , 14:51

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Makronla dialoqa hazırdır və bu dialoq tərəflərin bir-birini anlamağa çalışmasına əsaslanmalı, nəsihət xarakteri daşımamalıdır.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “RIA Novosti”yə açıqlamasında deyib.
Onun sözlərinə görə, əgər qarşılıqlı siyasi iradə mövcuddursa, Fransa liderinin bu istiqamətdəki niyyətləri yalnız müsbət qiymətləndirilə bilər:
“Vladimir Putin hər zaman mövqelərini ətraflı, səmimi və ardıcıl şəkildə izah etməyə hazırdır”.
Qeyd edək ki, daha əvvəl Emmanuel Makron Avropanın yaxın həftələrdə Rusiya Prezidenti ilə dialoqu bərpa etməsinin faydalı ola biləcəyini bəyan etmişdi.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.