Yenilik.Az
www.Yenilik.Az » Dünya » Tramp-Zelenski görüşü başa çatdı - Video+Yenilənib

Tramp-Zelenski görüşü başa çatdı - Video+Yenilənib

Tramp-Zelenski görüşü başa çatdı - Video+Yenilənib
2025-12-29 , 07:53

ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski arasında Floridadakı “Mar-a-Laqo” iqamətgahında keçirilən həlledici görüş başlayıb.

“Qafqazinfo” xəbər verir ki, görüşdən əvvəl mətbuata açıqlama verən Tramp Rusiya lideri Vladimir Putinlə apardığı telefon danışığından sonra Moskvanın sülh razılığına gəlmək məsələsində çox ciddi olduğuna əminliyini ifadə edib.
Ağ Ev rəhbəri həm Putin, həm də Zelenskinin müharibəni dayandırmaq və sülhə nail olmaq istədiyini vurğulayıb. O, həmçinin “Ukrayna və hər kəs üçün faydalı olacaq” razılaşmanın əsas xətlərinin mövcud olduğunu da qeyd edib.
Zelenski isə öz növbəsində bildirib ki, bu görüş sülh planının ən kritik bəndləri, o cümlədən ərazi məsələləri və Zaporojye AES üzərində nəzarətin bərpası ilə bağlı razılığa gəlmək üçün mühüm əhəmiyyət kəsb edir.
***
ABŞ və Ukrayna prezidentləri arasındakı görüş iki saatdan çoxdur davam edir.
***
Donald Trampın ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşü başa çatıb.
Bu barədə İtaliyanın “Corriere della Sera” qəzeti məlumat yayıb.






Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.