Yenilik.Az
www.Yenilik.Az » Dünya » Hədələrdən sonra Delsi Rodrigez Trampa müraciət edib

Hədələrdən sonra Delsi Rodrigez Trampa müraciət edib

Hədələrdən sonra Delsi Rodrigez Trampa müraciət edib
2026-01-05 , 09:00

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ABŞ Prezidenti Donald Trampa müraciət edib.

Rodrigez müraciətini “Telegram” kanalında paylaşıb.
“Prezident Donald Tramp, xalqlarımız və regionumuz müharibəyə yox, sülhə və dialoqa layiqdir”, – deyə o bildirib.
Rodrigez vurğulayıb ki, Venesuelanın sülhə, inkişafa, suverenliyə və gələcəyə haqqı var.
Qeyd edək ki, bu açıqlamadan bir neçə saat əvvəl Donald Tramp Delsi Rodrigezə doğru qərarlar qəbul etməyəcəyi təqdirdə hədələr səsləndirib.
“Əgər o düzgün davranmasa, çox böyük bədəl ödəməli olacaq, bəlkə də Madurodan da yüksək”, – deyə Tramp qeyd etmişdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.