Yenilik.Az
www.Yenilik.Az » Dünya » Xəstə Ramzan yerinə oğlunu gətirtmək istəyir: mühüm posta təyin etdi

Xəstə Ramzan yerinə oğlunu gətirtmək istəyir: mühüm posta təyin etdi

Xəstə Ramzan yerinə oğlunu gətirtmək istəyir: mühüm posta təyin etdi
2026-01-06 , 09:38

Çeçenistan rəhbəri Ramzan Kadırovun 20 yaşlı oğlu Axmat Kadırov respublikanın vitse-premyeri vəzifəsinə təyin edilib.

Yenilik.az xəbər verir ki, o, bundan əvvəl tutduğu fiziki tərbiyə və idman naziri postunu da saxlayacaq.
Beləliklə, Axmat Kadırov eyni zamanda həm hökumətdə yüksək icraedici vəzifəni, həm də idman sahəsinə kuratorluğu davam etdirəcək.
Qeyd edək ki, Axmat Kadırov son illər Çeçenistanda idman və gənclər siyasəti istiqamətində ön plana çıxan fiqurlardan biri kimi təqdim olunur. Onun vitse-premyer təyinatı respublika rəhbərliyində gənc kadrların irəli çəkilməsi fonunda diqqət çəkir.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.