Yenilik.Az
www.Yenilik.Az » Dünya » “İrana kömək etməyə hazırıq” - Tramp

“İrana kömək etməyə hazırıq” - Tramp

“İrana kömək etməyə hazırıq” - Tramp
2026-01-11 , 09:02

ABŞ Prezidenti Donald Tramp Amerikanın İrana yardım göstərməyə hazır olduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, ABŞ Prezidenti bu barədə “TruthSocial” sosial media platformasında məlumat verib.
“İran, bəlkə də heç vaxt olmadığı kimi azadlıq axtarır. ABŞ kömək etməyə hazırdır!”, - Ağ Ev rəhbəri yazıb.
Qeyd edək ki, İranda etiraz dalğası 2025-ci ilin dekabr ayının sonlarında milli valyuta olan rialın kəskin ucuzlaşmasından sonra başlayıb. Əvvəlcə narazılıqlar əsasən qiymət artımı və məzənnə dəyişikliklərinin əhaliyə təsiri ilə bağlı idi. Sonradan aksiyalar bir sıra şəhərlərdə polis qüvvələri ilə toqquşmalara çevrilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.