Yenilik.Az
www.Yenilik.Az » Dünya » Tehran səmasında DRONLAR peyda oldu - Nə baş verir?VİDEO

Tehran səmasında DRONLAR peyda oldu - Nə baş verir?VİDEO

Tehran səmasında DRONLAR peyda oldu - Nə baş verir?VİDEO
2026-01-11 , 09:17

Tehranda elektrik enerjisi və internet tamamilə kəsilib. Paytaxtda davam edən etiraz aksiyaları qaranlıq şəraitdə keçirilir.


Musavat.com xəbər verir ki, küçələrdə toplaşan insanlar mobil telefonların fənərləri ilə ətrafı işıqlandıraraq etirazlarını davam etdirirlər.
Məlumatlara görə, eyni vaxtda hakimiyyət etirazların baş verdiyi ərazilər üzərində Shahed-129 tipli kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarını havaya qaldırıb. Dronların əsas məqsədinin kütlələr üzərində nəzarəti gücləndirmək və psixoloji təzyiq göstərmək olduğu bildirilir.
Ekspertlər hesab edirlər ki, elektrik və rabitənin kəsilməsi, eləcə də PUA-ların tətbiqi hakimiyyətin vəziyyəti nəzarətdə saxlamaq üçün ən sərt ssenariyə keçdiyini göstərir. İnternetin bloklanması etirazların ölkə xaricinə informasiya axınının qarşısını almağa, bləkaut isə aksiyaların koordinasiyasını çətinləşdirməyə hesablanıb.
Buna baxmayaraq, Tehranın bir sıra rayonlarında etirazçılar gecə boyu küçələrdə qalaraq aksiyaları davam etdiriblər. Mobil telefon işıqları altında davam edən bu səhnələr artıq paytaxtdakı etirazların simvoluna çevrilməkdədir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.