Yenilik.Az
www.Yenilik.Az » Dünya » Trampdan İrana hələ zərbə endirməməyi xahiş etdilər

Trampdan İrana hələ zərbə endirməməyi xahiş etdilər

Trampdan İrana hələ zərbə endirməməyi xahiş etdilər
2026-01-14 , 12:54

“İsrailin və adı açıqlanmayan bir neçə ərəb ölkəsinin rəsmi nümayəndələri ABŞ-dən İrana hələ zərbə endirməməyi xahiş ediblər”.

Bu barədə məlumatı öz mənbələrinə istinadən “NBC” telekanalı yayıb.
Mənbələrin sözlərinə görə, həmin ölkələrin nümayəndələri hesab edirlər ki, İran hələ kifayət qədər zəifləməyib, bu səbəbdən də, ABŞ-nin zərbələri İslam respublikasında hakimiyyətin dəyişməsinə gətirib çıxarmayacaq. 
Onlar həmçinin ABŞ Prezidenti Donald Tramp administrasiyasına İrandakı vəziyyət daha da gərginləşənə qədər genişmiqyaslı hücumları təxirə salmağı təklif ediblər.
Qeyd edək ki, yanvarın 13-də Ağ Evdə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. İclas zamanı D.Tramp üçün İrandakı vəziyyətlə bağlı fəaliyyət variantları hazırlanıb. “Axios” portalı isə yazıb ki, Tramp Detroytdan qayıtdıqda o da iclasda iştirak edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.