Yenilik.Az
www.Yenilik.Az » Dünya » İranın hökumət təyyarəsi Moskvaya enib

İranın hökumət təyyarəsi Moskvaya enib

İranın hökumət təyyarəsi Moskvaya enib
2026-01-30 , 08:16

İrana məxsus hökumət təyyarəsi Moskvanın Vnukovo hava limanına enib. Bu barədə "Telegram"da fəaliyyət göstərən "Mash" kanalı məlumat yayıb.

Yenilik.az xəbər verir ki, paylaşımda ABŞ-nin İran rəhbərliyinə zərbə endirə biləcəyi ilə bağlı yayılan şayiələr fonunda İran hökumət təyyarəsinin Moskvaya gəldiyi qeyd olunub.
Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik heç bir açıqlama verilməyib.
Bundan əvvəl CNN telekanalı ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramı üzrə danışıqların nəticəsiz qalmasından sonra Tehrana yeni zərbə endirmək imkanını nəzərdən keçirdiyini yazmışdı.
"The New York Times" nəşrinin məlumatına görə isə ABŞ-nin Yaxın Şərqdəki müttəfiqləri Donald Trampı İrana qarşı hərbi addımdan çəkindirməyə çalışırlar.Teleqraf

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.