Yenilik.Az
www.Yenilik.Az » Dünya » Qəddafinin oğlu öldürüldü

Qəddafinin oğlu öldürüldü

Qəddafinin oğlu öldürüldü
2026-02-04 , 09:52

Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam ölkənin qərbində yerləşən Əz-Zintan şəhərində öldürülüb.

Yenilik.az xəbər verir ki, bunu onun vəkili Khaled el-Zaydi açıqlayıb.
Onun ölüm şəraiti hələ dəqiq məlum deyil.
Qeyd edək ki, Seyf əl-İslam 2011-ci il inqilabından sonra uzun müddət siyasi səhnədə yox idi.
2021-ci ildə prezident seçkilərinə namizəd kimi qeydiyyatdan keçsə də, seçkilər siyasi səbəblərdən ləğv olunmuşdu.
O, 2015-ci ildə insanlıq əleyhinə cinayətlərə görə qiyabi ölüm cəzasına məhkum edilmişdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.