Yenilik.Az
www.Yenilik.Az » Dünya » İrandan buraxılan 9 PUA və 45 raket məhv edilib

İrandan buraxılan 9 PUA və 45 raket məhv edilib

İrandan buraxılan 9 PUA və 45 raket məhv edilib
2026-03-01 , 09:18

Bəhreyn Krallığının müdafiə qüvvələri bəyan edib ki, İran ərazisindən buraxılan 9 pilotsuz uçuş aparatı və 45 raket hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Rəsmi açıqlamada hücumların qarşısının uğurla alındığı və hədəflərin hava məkanında məhv edildiyi bildirilib. Qurum mümkün dağıntı və itkilərlə bağlı əlavə məlumat verməyib.
Regionda davam edən hərbi qarşıdurma fonunda Bəhreynin hava məkanında aktiv müdafiə tədbirlərinin görüldüyü qeyd olunur. Hadisə ilə bağlı əlavə detalların açıqlanacağı gözlənilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.