Yenilik.Az
www.Yenilik.Az » Dünya » “İranla münaqişə 1 ay davam edə bilər”

“İranla münaqişə 1 ay davam edə bilər”

“İranla münaqişə 1 ay davam edə bilər”
2026-03-02 , 08:59

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin mümkün müddəti barədə danışıb.

O, bu haqda “Daily Mail” nəşrinə qısa telefon danışığı zamanı deyib:
“Bu, həmişə dörd həftəlik bir proses olub. Təxmin etmişdik ki, təxminən dörd həftə çəkəcək. Nə qədər güclü olsa da, bu böyük bir ölkədir, dörd həftə çəkəcək - ya da daha az”.
Trump həmçinin bildirib ki, İranda hərbi əməliyyatlar davam etdiyi müddətdə yaxın zamanda yenidən xalqa müraciət edə bilər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.