Yenilik.Az
www.Yenilik.Az » Dünya » Almaniya, Fransa və Böyük Britaniya İranı hərbi tədbirlərlə hədələdi

Almaniya, Fransa və Böyük Britaniya İranı hərbi tədbirlərlə hədələdi

Almaniya, Fransa və Böyük Britaniya İranı hərbi tədbirlərlə hədələdi
2026-03-02 , 09:01

Almaniya, Fransa və Böyük Britaniya liderləri İranın Yaxın Şərqdəki müttəfiqlərinə qarşı hücumları davam etdirəcəyi təqdirdə cavab xarakterli hərbi tədbirlərin mümkünlüyünü bəyan ediblər.

Teleqraf xəbər verir ki, birgə bəyanatda tərəflər İranı düşünülməmiş hücumları dərhal dayandırmağa çağırıblar.
Sənəddə bildirilir ki, Berlin, Paris və London Vaşinqton və Fars körfəzi regionundakı tərəfdaşlarla mümkün addımların koordinasiyası barədə razılığa gəliblər.
“Biz regionda öz maraqlarımızı və müttəfiqlərimizin təhlükəsizliyini qorumaq üçün zəruri tədbirlər görəcəyik”, – deyə bəyanatda vurğulanır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.