Yenilik.Az
www.Yenilik.Az » Dünya » İsrail ordusu Beyrutda və Livanda “Hizbullah”a zərbə endirir

İsrail ordusu Beyrutda və Livanda “Hizbullah”a zərbə endirir

İsrail ordusu Beyrutda və Livanda “Hizbullah”a zərbə endirir
2026-03-02 , 09:06

İsrail Müdafiə Qüvvələri (SAXAL) Beyrutda və Livanın cənubunda “Hizbullah” hərəkatının nümayəndələrinə qarşı zərbə endirdiyini açıqlayıb.

Bu barədə qurumun “Telegram” kanalında məlumat yayılıb.
“İsrail Müdafiə Qüvvələri Beyrut bölgəsində “Hizbullah”ın yüksək vəzifəli terrorçularına qarşı dəqiq zərbə endirib. Həmçinin Livanın cənubunda əsas terrorçulardan birinə qarşı əməliyyat həyata keçirilib”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, fevralın 28-də də İsrail Livanın cənubunda “Hizbullah”a məxsus obyektlərə zərbələr endirmişdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.