Yenilik.Az
www.Yenilik.Az » Dünya » İran Baş Qərargahı Naxçıvana dron hücumunu - Təkzib edir

İran Baş Qərargahı Naxçıvana dron hücumunu - Təkzib edir

İran Baş Qərargahı Naxçıvana dron hücumunu - Təkzib edir
2026-03-05 , 16:23

İran Silahlı Qüvvələrinin Baş Qərargahı Azərbaycan istiqamətində pilotsuz uçuş aparatlarının göndərilməsini təkzib edib. 

“Qafqazinfo” “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə Baş Qərargah bəyanat yayıb.
“İran İslam Respublikası bütün ölkələrin, xüsusilə müsəlman və qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşır və Silahlı Qüvvələr tərəfindən Azərbaycan Respublikasına pilotsuz uçuş aparatının göndərilməsini təkzib edir”, - bəyanatda deyilir. 

Tehran bu hücumun İsrail tərəfindən İran ilə qonşu müsəlman ölkələri arasında münasibətləri pozmaq üçün törədildiyini iddia edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.