Yenilik.Az
www.Yenilik.Az » Dünya » “Trampı rahat buraxmayacağıq” - Əli Laricani

“Trampı rahat buraxmayacağıq” - Əli Laricani

“Trampı rahat buraxmayacağıq” - Əli Laricani
2026-03-08 , 17:02

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ Prezidenti Donald Trampa qarşı kəskin ittihamlar səsləndirərək, ölkənin ali rəhbəri Ayətullah Əli Xameneinin ölümünə görə qisas alınacağını bildirib.

Yenilik.az xəbər verir ki, Laricani özünün “X” hesabında paylaşdığı mesajda Trampı hədəf alıb.
O, İranın Ali Rəhbərinin öldürülməsini bağışlanmaz bir cinayət adlandıraraq, ABŞ-nin bunun bədəlini ağır ödəyəcəyini vurğulayıb.
“Trampı rahat buraxmayacağıq. O, liderimizi və xalqımızı şəhid edib. Bu, asan məsələ deyil. Biz qisas alana qədər ondan əl çəkməyəcəyik”.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail qüvvələrinin həyata keçirdiyi hava hücumları nəticəsində Ayətullah Əli Xamenei və onun ailə üzvləri həlak olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.