Yenilik.Az
www.Yenilik.Az » Dünya » İran ABŞ-nin Beşinci Donanmasına zərbələr endirdi

İran ABŞ-nin Beşinci Donanmasına zərbələr endirdi

İran ABŞ-nin Beşinci Donanmasına zərbələr endirdi
2026-03-11 , 14:30

İran hərbi qüvvələri İraqda yerləşən ABŞ bazasına, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci Donanmasına zərbələr endirib.

“Qafqazinfo” xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu bununla bağlı mətbuatda yayılmış məlumatları təsdiqləyib.
“Bu dalğa çərçivəsində ABŞ-nin Ərbildəki bazaları, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması, həmçinin Təl-Əvivin mərkəzində yerləşən “Xeybər-Şəkan”, “Qədr” raketləri, eləcə də ayrılan döyüş başlığına malik ağır “Xorrəmşəhr” və “Xeybər” raketləri vasitəsilə atəşə tutulub”, - məlumatda deyilir.
Pentaqon da Beşinci Donanmanın qərargahına hücum faktını təsdiqləyib. Dəymiş zərər təxminən 200 milyon dollar olaraq qiymətləndirir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.