Yenilik.Az
www.Yenilik.Az » Dünya » Dubayda göydələnə PUA çırpıldı - Video

Dubayda göydələnə PUA çırpıldı - Video

Dubayda göydələnə PUA çırpıldı - Video
2026-03-12 , 05:59

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində şəhər mərkəzinə yaxın bir yaşayış massivində pilotsuz uçuş aparatı (PUA) binaya çırpılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə “Dubai Creek Harbour” ərazisindəki göydələndə qeydə alınıb.
Binada olanların təhlükəsizliyi təmin etmək üçün təxliyə əməliyyatları həyata keçirilib.
Məlumata görə, mülki müdafiə qrupları kiçik yanğını nəzarət altına alıb və hadisə nəticəsində heç kimin xəsarət almadığı vurğulanıb.
Qeyd edək ki, bura şəhərin ən yeni sahil layihələrindən biridir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.