Yenilik.Az
www.Yenilik.Az » Dünya » Bu ölkədə qiymət bahalaşdı, yanacağa görə kilometrlərlə tıxac yarandı - Video  

Bu ölkədə qiymət bahalaşdı, yanacağa görə kilometrlərlə tıxac yarandı - Video
 

Bu ölkədə qiymət bahalaşdı, yanacağa görə kilometrlərlə tıxac yarandı - Video
 
2026-03-14 , 08:21

Çində yanacaq qiymətlərinin artırılacağı ilə bağlı qərar qüvvəyə minməzdən əvvəl sürücülər kütləvi şəkildə yanacaqdoldurma məntəqələrinə üz tutublar.

“Qafqazinfo” xəbər verir ki, bir çox şəhərdə məntəqələrin qarşısında kilometrlərlə uzanan növbələr yaranıb.
Məlumata görə, xüsusilə ölkənin şərq bölgələrində və Nankinq şəhərində yüzlərlə sürücü qiymət artımından əvvəl yanacaq almaq üçün məntəqələrə axışıb. Bəzi ərazilərdə avtomobil karvanları kilometrlərlə uzanıb və sürücülər gecə saatlarına qədər növbədə qalmalı olublar.
Yanacağın bahalaşacağı ilə bağlı elanlardan sonra bir çox sürücü mövcud qiymətlərdən yararlanmaq üçün avtomobillərinin çənlərini əvvəlcədən doldurmağa çalışıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə stansiyaların qarşısında uzun avtomobil növbələri aydın görünür.
Yanacaq qiymətlərinin artmasının əsas səbəblərindən biri qlobal enerji bazarlarında baş verən bahalaşmadır. Xüsusilə Yaxın Şərqdə artan gərginlik neft bazarında qeyri-müəyyənliyi artırıb.
Hazırda “Brent” markalı xam neftin qiyməti bir barel üçün təxminən 100 dollar civarında dəyişir. Qiymətlər ötən həftə qısa müddət ərzində 120 dollar həddini də keçib.
Artan xərclər fonunda Çin hökumətinin daxili bazarda yanacaq qiymətlərini tənzimləmək qərarı verdiyi bildirilir.






Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.