Yenilik.Az
www.Yenilik.Az » Dünya » “Netanyahu yüksəkvəzifəli İran rəsmilərinin öldürülməsi əmrini verir” - Foto

“Netanyahu yüksəkvəzifəli İran rəsmilərinin öldürülməsi əmrini verir” - Foto

“Netanyahu yüksəkvəzifəli İran rəsmilərinin öldürülməsi əmrini verir” - Foto
2026-03-17 , 22:46

Ölümü ilə bağlı yayılan iddialar fonunda İsrailin Baş naziri Benyamin Netanyahunun ofisində çəkilmiş fotosu paylaşılıb.

“Qafqazinfo” xəbər verir ki, Netanyahunun “X” hesabında paylaşılmış foto “Baş nazir Benyamin Netanyahu yüksəkvəzifəli İran rəsmilərinin məhv edilməsi əmrini verir” sözləri ilə müşayiət olunub.
Qeyd edək ki, bu gün İsrailin müdafiə naziri İsrael Kats İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və İslam İnqilabı Keşikçiləri Korpusunun “Bəsic” Müqavimət Qüvvələrinin komandiri Qulamrza Süleymaninin öldürüldüyünü açıqlayıb. Bundan sonra Laricaninin “X” hesabında ABŞ Hərbi Dəniz Qüvvələrinin Şri-Lanka sahillərində ölkənin “IRIS Dena” hərbi gəmisinə hücumu nəticəsində həlak olan iranlı dənizçilərə başsağlığı məktubu paylaşılıb.
Xatırladaq ki, daha əvvəl Netanyahu “X” hesabında video paylaşaraq ölümü ilə bağlı yayılan iddialara cavab vermişdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.