Yenilik.Az
www.Yenilik.Az » Dünya » İranda xalq hökumətə qarşı ayağa qalxdı - VİDEO

İranda xalq hökumətə qarşı ayağa qalxdı - VİDEO

İranda xalq hökumətə qarşı ayağa qalxdı - VİDEO
2026-03-18 , 16:07

İranda Novruz bayramı ərəfəsində qeyd olunan qədim Suri (od çərşənbəsi) mərasimləri bu il bəzi yerlərdə etiraz aksiyaları ilə müşayiət olunub.

KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, bəzi vətəndaşlar bayram tonqallarında İran İslam Respublikasının bayraqlarını yandırıblar.
Paylaşılan videolarda iştirakçıların hakimiyyətə qarşı şüarlar səsləndirdiyi də görünür.
İranlı istifadəçilər sosial mediada yaydıqları paylaşımlarda ölkə rəhbərliyini “legitimliyini itirmiş terrorçu hakimiyyət” kimi xarakterizə ediblər.
Qeyd edək ki, Çaharşənbə-Suri İran və region ölkələrində yazın gəlişini simvolizə edən ənənəvi bayramlardan biridir. Bu gün insanlar tonqal qalayaraq onun üzərindən tullanır, köhnə ilin çətinliklərindən qurtulub yeni ilə təmiz başlanğıc etməyi simvolizə edirlər.
Hazırda yayılan görüntülərlə bağlı rəsmi qurumlar tərəfindən açıqlama verilməyib.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.