Yenilik.Az
www.Yenilik.Az » Dünya » Bələdiyyə sədri 21 yaşlı qızla tutuldu - VİDEO

Bələdiyyə sədri 21 yaşlı qızla tutuldu - VİDEO

Bələdiyyə sədri 21 yaşlı qızla tutuldu - VİDEO
2026-03-27 , 20:01

Türkiyənin Uşak Bələdiyyə sədri Özkan Yalım Ankarada qaldığı otel otağında keçirilən əməliyyatla saxlanılıb. İstanbul Respublika Baş Prokurorluğunun göstərişi ilə həyata keçirilən bu əməliyyat rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə və tenderlərə fırıldaq qarışdırma ittihamlarını əhatə edir.

Yenilik.az xəbər verir ki, Ankara, Uşak və Kocaelidə eyni vaxtda keçirilən reydlər zamanı Yalım da daxil olmaqla ümumilikdə 11 şübhəli saxlanılıb.

Əməliyyatın ən çox diqqət çəkən məqamı bələdiyyə sədrinin Ankara “Crowne Plaza” otelində, yanında 21 yaşlı bələdiyyə işçisi S.A. ilə birlikdə yaxalanması olub. İstintaq materiallarına görə, Özkan Yalım bələdiyyə büdcəsi və tenderlər üzərindən genişmiqyaslı korrupsiya şəbəkəsi qurub. İddia olunur ki, o, əldə etdiyi qanunsuz vəsaitləri və əmlakları müsadirə olunmaqdan qorumaq üçün sürücüsü Cihan Arasın adına keçirib./demokrat.az/

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.