Yenilik.Az
www.Yenilik.Az » Dünya » Tramp: İranın başa düşdüyü yeganə şey bombadır

Tramp: İranın başa düşdüyü yeganə şey bombadır

Tramp: İranın başa düşdüyü yeganə şey bombadır
2026-04-28 , 16:23

ABŞ Prezidenti Donald Tramp İranla bağlı iki - yeni hərbi zərbələr endirmək və ya sanksiyaların davam etdirilməsinin Tehranı nüvə silah proqramını dayandırmaq üzrə danışıqlara məcbur edib-etməyəcəyini gözləmək seçimləri arasında tərəddüd edir.


Yenilik.az xəbər verir ki, bu barədə “Axios” məlumatlı mənbələrə istinadla bildirib.

Trampın bəzi müşavirləri hesab edirlər ki, hazırda Hörmüz boğazı üzərində təzyiq saxlanmalı və bunun daha da artırılması üçün İrana qarşı əlavə iqtisadi sanksiyalar tətbiq olunmalıdır.

Məlumata görə, ABŞ Prezidenti hökumətdən kənar bəzi şəxslərlə də məsləhətləşib və ona bu çıxılmaz vəziyyətdən çıxış yolu kimi hərbi addımların gündəmə gətirilməsi tövsiyə olunub.

Trampın müşavirlərindən birinin sözlərinə görə, o, yaxın çevrəsi ilə söhbətində belə deyib: “İranın başa düşdüyü yeganə şey bombadır”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.